“Elektron imza və elektron sənəd haqqında “ Azərbaycan Respublikasının Qanununa əsasən elektron sığorta müqaviləsi sığortaçının elektron imzası ilə təsdiq edilən və texniki və proqram vasitələrinin köməyi ilə yaradılan, saxlanılan, emal edilən, ötürülən, qəbul edilən sığorta müqaviləsidir.
Elektron sığorta müqaviləsi üzrə sığorta haqqı bank, internet, poçt və ya bank ödəmə terminallarından ödənilə bilər. Sığorta haqqı ödənildikdən sonra sığortalının sığorta müqaviləsində göstərdiyi mobil telefon nömrəsinə təsdiqləyici məlumat göndərilir.
Sığortalının istəyi ilə sığortaçı elektron sığorta müqaviləsini kağız daşıyıcıda sığortalıya təqdim edə bilər.
Avtomobil idarə edən zaman hər bir kəs üçüncü şəxsin əmlakına və ya sağlamlığına zərər vurulması təhlükəsi ilə üzləşə bilər. Bu zaman hadisənin törədilməsində təqsirli bilindiyiniz halda qarşı tərəfə vurulan zərərin əvəzini ödəməli olacaqsınız. İcbari avtomobil sığortasının mövcudluğu Sizi bu öhdəlikdən azad edir.
Bonus-malus sistemi-əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.
Bəli, bütün sığorta şirkətlərində eynidir.
Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilərkən ,İcbari sığorta şəhadətnaməsinə xitam verilməyibsə yeni şəhadətnamənin alınmasına ehtiyac yoxdur.
Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə Dövlət Yol Polisinə hər hansı vasitə ilə xəbər verməlidir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, -hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Əmlaka dəyən zərərə görə sığorta ödənişinin faydalanan şəxsə birbaşa ödənilməsi, yaxud əmlakın təmir olunması, bərpası və ya yenisi ilə əvəz edilməsi sığortaçının seçimi əsasında həyata keçirilir.