About Casco Insurance

What is Casco insurance? What do we need to know about casco insurance? In this article, we hope you will find answers to all your questions. We are ready to answer any additional questions you may have.

Kasko sığorta, avtonəqliyyat hadisələri, atılmış və ya düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq, quldurluq, qaçırma, soyğunçuluq, təbii fəlakət və heyvanların hərəkəti nəticəsində avtomobilimizə dəyən zərərləri ödəyir.

Ölkəmizdə əsasən buraxılış ili 2005-ci ildən yuxarı olan avtomobillər Kaskoya qəbul edilir. Bəzi marka və modellərdə bu ildən aşağı və yaxud yuxarı ola bilər. Avtomobilin yaşı 5 ildən çox deyilsə Rəsmi servis təminatı verilə bilər. Bu halda təmir və qiymətləndirmə Rəsmi servisdə həyata keçirilir.

Kasko sığorta qiymətləri hesablanarkən, sürücünün yaşı və sürücülük təcrübəsi,  avtomobilin markası, modeli, mühərrik həcmi, bazar dəyəri və s. nəzərə alınız. Əsasən qiymət, avtomobilin bazar dəyərinin 2.5 – 3.5 % -i aralığında dəyişir.

Avtomobilə dəyən zərərin ödənilməsi, müştərinin istəyinə əsasən, zərər çəkən avtomobilin təmir bərpası yaxud da müştərinin bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi, etibarnaməsiz idarə etməsi, avtomobilə qəsdən zərər vurması, hadisə yerini əsassız tərk etməsi və s. hallar ödənişdən imtinaya səbəb olan hallardır.

Kasko sığorta etdirən zaman siz, həm avtomobilinizin tam dəyərində Tam Kasko, həm də 5000 və 10.000 azn dəyərində Kasko Paketləri əldə edə bilərsiniz. Tam Kasko əldə etdikdə avtomobilinizə dəyən zərərlər tam qarşılanır. Hətta avtomobil tamamilə sıradan çıxarsa belə dəyəri sizə ödənilir. Əgər 5000 azn dəyərində Kasko Paketi əldə etsəniz, bu halda avtomobilinizə dəyən zərərin 5000 azn-ə qədər olan hissəsi sizə ödənilir, zərər çox olarsa bu halda sığorta şirkəti 5000 azn dən çox olan zərərə görə məsuliyyət daşımır.

Onlayn Sifariş Edin
Hotline
Qaynar Xətt