About compulsory car insurance

What is compulsory car insurance? What do we need to know about compulsory car insurance? In this article, we hope you will find answers to all your questions. We are ready to answer any additional questions you may have.

İnsanlar arasında İcbari Avto sığorta kimi tanınan, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Mühərrikinin silindrinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

-Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

-Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

-Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

-Motosiklеtlər və motorollerlər;

-Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri;

-Trollеybuslar və tramvaylar.

Bu sığorta növündə bir hadisə üzrə təminat məbləği 55.000 azn nəzərdə tutulur. Bunun 5000 azn-i əmlaka dəyən zərərləri qarşılamaq üçün, qalan 50.000 azn isə (1 nəfərə maksimum 5000 azn olmaqla) həyat və sağlamlığa vurulan zərərlərin qarşılanması üçün istifadə dilə bilər. Hadisə zamanı təminat məbləği azalmır, sığorta müqaviləsi bitənə kimi hər hadisə üzrə 55.000 an təminat qüvvədə qalır.

Bonus-Malus sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat
vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemi. Sadə dillə desək qəzasız keçən hər il sizə bonuslar verir ki bu da illik sığorta haqqınızın azalamsına səbəb olur. Bu endirim 40% a qədər ola bilir. Əks halda isə sığorta haqqınıza əlavələr tətbiq olunur. Sığorta haqqı bütün sığorta şirkətlərində eynidir. 

Hotline
Qaynar Xətt