В случае ДТП?

İcbari avtomobil sığortası üzrə sığorta hadisəsi baş verərsə:

1. Hadisə baş verdikdə 102 nömrəsinə zəng edib DİN/DYP əməkdaşlarını hadisə yerinə çağırmaq vacibdir.

2. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım 103, FHN 112 və digər lazımi qurumlara xəbər verin.

3. Hadisə baş verdikdə, dərhal zərərvuran nəqliyyat vasitəsinin icbari qaydada sığortalayan sığorta şirkətinə məlumat verilməlidir.

-Sığorta şəhadətnaməsində Sığortaçının qaynar xətt nömrələri qeyd olunur.

-Sığortaçının qaynar xətt nömrələrini bilmirsinizsə 9707 SMS xidmətindən istifadə edin.

-Zərərvuran nəqliyyat vasitəsinin sahibinin icbari sığortasının olub-olmamasını və hansı sığorta şirkətində sığortalandığı barədə məlumatı əldə etmək üçün 9707 qısa nömrəsinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərməklə məlumat əldə edə bilərsiniz.

4. Hadisə yerini tərk etməyin! Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkətinə (və ya onun nümayəndəsinə) təqdim edin. Aşağıdakı hallarda zərər dəymiş əmlakın yerinin dəyişdirilməsi və ya onun hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:

Zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması, zərər dəymiş əmlakın başqa şəxslərin hərəkətinə mane olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı;

sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;

digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.

5. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta şirkətindən tələb edin və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edin.

Hotline
Qaynar Xətt